Amerikanın Xəzinə Nazirliyi Vyetnamı və İsveçrəni valyuta manipulyatoru elan edib.
Xəzinə Nazirliyi Amerikanın böyük ticarət ortaqlarının makroiqtisadi və valyuta siyasətləri hesabatını Konqresə təqdim edib.
Amerikanın 20 böyük ticarət ortağının iqtisadi siyasətlərinin şərh edildiyi hesabda Vyetnam və İsveçrə valyuta manipulyatoru kimi təqdim olunub.
Hesabatda Vyetnamın və İsveçrənin valyuta ödənişləri balansında tənzimləmələr etdiyi, Vyetnamın xarici ticarətdə haqsız üstünlük əldə etmək üçün valyuta manlipulyasiyaı etdiyi qeyd olunub.
Şəffaflıq çağırışı
Valyuta məzənnələrinin idarə edilməsində Çinə də şəffaflıq çağırışı edilən hesabatda Tayland, Tayvan ve Hindistanın da yaxından izlənilməsi üçün Xəzinə Nazirliyinin izləmə siyahısına daxil edildiyi qeyd edilib.
Amerikanın Xəzinə naziri Steven Mnuchin mövzu ilə əlaqədar şərhində nazirliyin iqtisadi böyüməyi və bu yöndə ciddi addımlar atmağı planladığını deyib.
Nazir bildirib ki, xarici ticarətdəki rəqiblərlə münasibətdə haqsız üstünlük əldə edilməsinin qarşısını almaq üçün, Vyetnamı və İsveçrəni yaxından izləyəcəklər və şübhəli hər məqam araşdırılacaq.
İldə iki dəfə analiz edilir
Nazir bildirib ki, Amerikanın Xəzinə Nazirliyi ildə iki dəfə ticarət ortaqlarının valyuta ehtiyyatlarını analiz edir və valyuta manipulyasiyasını yoxlayır. İldə iki dəfə bununla bağlı hesabat hazırlanır.