Onkoloji xəstəliyə düçar olmuş şəxslərin sağlamlığının qorunması, dərman preparatlarına olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 2021-ci il dövlət büdcəsində Milli Onkologiya Mərkəzinə 45,6 milyon manat vəsait nəzərdə tutulub.
"Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, həmçinin ölkədə ixtisaslaşdırılmış oftalmoloji xidmətlə təmin edilmə, göz patologiyası ilə mübarizədə elmi-metodik cəhətdən əsaslandırılmış tədbirlərin işlənilməsi, tətbiqi və gücləndirilməsi, respublikada ixtisaslaşdırılmış oftalmoloji yardımın təşkili məqsədilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 2021-ci ilin dövlət büdcəsində 8,2 milyon manat vəsait proqnozlaşdırılır. Bu da 2020-ci illə müqayisədə 0,1 milyon manat və ya 0,6 faiz çoxdur.