New York Times qəzeti Türkiyə iqtisadiyyatındakı böhranın prezident Ərdoğan üçün çətin bir sınaq olduğunu yazıb. Qəzetdə Carlotta Gall imzasıyla yayımlanan məqalədə çoxlu sayda Türk vətəndaşının günlük qida almaqda çətinlik çəkdiyi yazılıb.
NY Times Covid-19 tədbirləri nəticəsində sarsılmış Türkiyə iqtisadiyyatını şərh edib. Məqalədə Türkiyə iqtisadiyyatında pandemiya səbəbindən yaranan çətinliklərdən və bunun Ərdoğana da toxunacaq nəticələrindən Türkiyə rəhbərliyinin narahatlıq keçirdiyi yazılıb.
Qəzet anketlərə görə Ərdoğanın son 19 ildə ən aşağı səs faizinə sahib olduğunu və MHP ittifaqı ilə birlikdə qatılacağı prezident seçkilərində qələbə üçün lazım olan səslərin ən azı 50%-ni toplaya bilməyəcəyini yazır.
Tramp amili
Qəzet Trampın gələn ay hakimiyyətdən gedəcəyinə də diqqət çəkib: “Ərdoğanın güclü bir müttəfiqini itirmək üzrə olduğu bir dövrə təsadüf edir. ABŞ Rusyadan hava hücumundan müdafiə sistemini aldığına görə, Avropa Birliyi də mübahisəli sularda qaz axtarışına çıxdığına görə Türkiyəyə sanksiyanı gündəmə gətirib. Tramp Vaşinqtonun sanksiyalarının bu aya qədər təxirə salınmasına vasitəçilik edirdi”, - deyə vurğulanıb.
Analitiklərin Bayden rəhbərliyinin Ərdoğana "insan hüquqları və demokratik prinsiplər" mövzusunda daha sərt olacağını gözlədiklərini qeyd edirlər.
Bundan başqa, məqalədə Ərdoğanın iqtisadiyyatdakı çətinlikləri aradan qaldırmaq üçün qəti addımlar atdığı, Türkiyə Mərkəzi Bankına yeni rəhbər təyin etdiyi və buna etiraz edən kürəkəni, Xəzinə və Maliyyə naziri Berat Albayrakın istefasını gözlənilmədən qəbul etdiyi yazılıb.
Anketlərə görə Türkiyə əhalisinin yüzdə 25-i vacib ehtiyaclarını təmin etməkdə əziyyət çəkirlər
MetroPoll-un bir müddət əvvəl apardığı bir sorğuda iştirakçıların yüzdə 25-inin vacib ehtiyaclarını ödəməkdə çətinlik çəkdiyi aydın olub. Prezident Ərdoğan üçün işlərin noyabr ayında müdaxilənin tələb olunduğu bir nöqtəyə çatdığını ifadə edən məqalədə qeyd olunub ki, Türk lirəsi bu il rekord enmə ilə üzləşib və dollar qarşısında yüzdə 30-dan çox dəyər itirib. Moody's Investor Servicein son açıqlamasına görə, hazırda ölkədə ikirəqəmli inflyasiya ilə bərabər tədiyyə balansında da böhran yaşanır.
Bağlanan iş yerlərinə diqqət çəkilib
Türkiyədə Covid-19 tədbirləri səbəbi ilə iş yerləri bağlanan sahibkarların da fikirlərinə yer verilən məqalədə qeyd olunub ki, mart ayında pandemiya başlayanda türklər artıq iki il idi ki, valyutanın dəyərdən düşməsi ilə və ölkədəki dərin tənəzzülü sürətlə pisləşdirən cütrəqəmli inflyasiya ilə mübarizə aparırdılar. Türkiyədə virusun ikinci dalğası ölkənin hər tərəfin əhatə edib və insanların əksəriyyəti borclanıb. İBelə davam edərsə, insanların daha çox aclıq çəkəcəyi qeyd olunub.