20 Fevral 2020
Mətni dəyiş
Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvarda idxal edilən 5560 minik avtomobilinin hər doqquzundan biri hibriddir.
Bir ayda Azərbaycan xaricdən həm benzin yanacağı, həm də elektriklə işləyən 659 avtomobil alıb. Bu avtomobillərin bəyan edilmiş ümumi dəyəri 3,5 mln. dollardan çoxdur. Bundan əlavə, ümumi dəyəri 79 min dollar olan 7 elektromobil idxal edilib.
Ümumiyyətlə yanvar ayında ölkəyə xaricdən bütün növlər üzrə 5906 avtomobil gətirilib. Ötən ilin yanvarı ilə müqayisədə artım 2,4 dəfədir.
Məsələn, ölkəyə gətirilən avtobusların sayı 2 dəfə artaraq 36 olub. Yük avtomobilləri isə 77 ədəd artaraq 292 ədədə çatıb.