3 Mart 2020
Mətni dəyiş
Dünyanın ən böyük maşınqayırma şirkətlərindən biri olan Volksvaqen qazla işləyən CNG motorlu sərnişin maşınlarının istehsalını dayandıraraq tamamilə elektromobillər düzəltməyə başlayacaq. Özü də Volksvagen bu işi təkcə Almaniyada deyil, bütün dünyada etməyə qərar verib.
Şirkət məlumat verib ki, Volksvagenə məxsus olan VW, Audi, Skoda və Seat kimi brendlərin qaz balonu ilə təhciz olunmuş maşın modelləri hələ bir müddət də buraxılacaq, amma bu modellərin yeni nəsil versiyaları çıxmayacaq.
Volksvagen CNG-qazla işləyən motorlu maşınların istehsalını dayandırmasını beş ildən Avropanın yeni Avro-7 ekoloji standartlarına keçidi və qazla işləyən motorların ətraf mühitə həddən artıq zərərli maddələr buraxması ilə əlaqələndirir. Buna görə də şirkət qazlı matorları müasirləşdirmək istəmir.