ABŞ-ın neft nəhəngi 'Chevron' şirkəti bu gün törəmə şirkətlərinin Azəri-Çıraq-Günəşli (AÇG) neft yataqlarındakı və Bakı-Tbilisi-Ceyhandakı bütün səhmlərini satdığını açıqlayıb.
Abzas xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında açıqlama yayılıb. Məlumata görə, səhmlər Macarıstanın MOL Neft və Qaz PLC şirkətinə 1.57 milyard dollara satılıb.
Satış şirkətin AÇG-nin 9.57% -lik, gündəlik 20 min barel hasilatı olan hissələrini əhatə edir. Bundan əlavə, 'Chevron' şirkətinin BTC boru kəmərindəki 8.9% -lik payı da müqavilə ilə macar şirkətinə satılıb.
"Chevron mütəmadi olaraq qlobal portfelini aktivlərin kapital üçün strateji və rəqabət qabiliyyətli olub-olmadığını qiymətləndirmək üçün nəzərdən keçirir".
Bu sözləri şirkətin icraçı vitse-prezidenti Jay Johnson satışla bağlı yaydığı açıqlamada deyib: "Bu satış, 2018 ilə 2020 arasında 5 milyard dollardan 10 milyard dollara qədər vergi daxilolmalarını hədəf alan divestment proqramımızın vacib bir hissəsidir."
Qeyd edək ki, 'Chevron' korporasiyası dünyanın aparıcı inteqrasiya olunmuş enerji şirkətlərindən biridir.