ABŞ-ın ən böyük neft-qaz şirkəti "ExxonMobil" Azərbaycandakı səhmlərini yenidən satışa çıxarıb. Şirkət ölkədəki ən böyük neft yatağında (Azəri-Çıraq-Günəşli) olan payını satmağa çalışır.
Bu barədə 'Reuters' agentliyi xəbər yayıb. Məlumata görə, bu qərarın səbəbi kimi neft qiymətlərinin son dövrlərdə düşməsindən yaranan maliyyə itkilərinin təsirlərini azaltmaq və yenidən kapitallaşmaq olduğu göstərilir.
Yaxın aylarda ABŞ-ın digər neft şirkəti "Chevron" da Azərbaycandakı bütün hissələrini satıb ölkə neft sənayesini tam tərk etdiyinin şahidi olduq. Birləşmiş Ştatların ən güclü neft və qaz şirkəti "ExxonMobil" də ilk dəfə 2018-ci ildə Azəri-Çıraq-Günəşli (AÇG) yatağındakı 6.8 faizlik payını satışa çıxarıb.
Agentliyin məlumatına görə, "ExxonMobil" korporasiyasının satış prosesi heç vaxt rəsmi olaraq dayandırılmasa da, "Chevron" Azərbaycandakı payını (şirkət bu ilin mart ayında rəsmi açıqlama yayaraq səhmlərini 1.57 milyard dollara satdığını açıqladı) Macarıstanın "MOL" enerji şirkətinə satmaq üçün danışıqlar apardığı dövrdə "ExxonMobil" bir müddətlik gözləmə mövqeyinə keçmişdi.
"ExxonMobil" sözçüsü Culi Kinq agentliyə açıqlamasında bildirib ki, şirkət Azərbaycanda fəaliyyət göstərməyən istehsalçılar üçün bazar payını test edir.
"'Exxon' müntəzəm olaraq istehsal portfelini qiymətləndirir və digər şirkətlər aktivlərimizə daha yüksək qiymət ödəməyə razılaşsalar biz satacağıq", deyə şirkət sözcüsü bildirib.
Agentliyin sənaye və bank sektorundakı mənbələrinə görə, bir sıra Asiya milli neft şirkətləri, həmçinin Çin Milli Dəniz Neft Şirkəti (CNOOC), Hindistanın ONGC və İndoneziyanın "Pertamina" şirkəti əvvəlkindən daha aşağı qiymətə razılaşmağa ümid edərək ABŞ şirkətinin payına maraq göstərməyə başlayıblar.
Neft nəhənginin satışdan nə qədər pul əldə etmək istədiyi məlum olmasa da, "ExxonMobil" şirkətinin səhmləri "Chevron" korporasiyasının payından xeyli aşağı qiymətləndirilir.
SOCAR nümayəndəsi ABŞ şirkətinin səhmlərinin mümkün satışı ilə bağlı 'Reuters' agentliyinin sorğusuna şərh verməkdən imtina edib. Eləcə də satış prosesini həyata keçirən 'Bank of America' və səhmləri almaq istəyən Pertamina şirkəti mövzu ilə bağlı şərh vermək istəməyiblər.
ONGC şirkətindən də mövzu ilə bağlı şərh verməyiblər, lakin hindistanlı bir mənbə Azəri-Çıraq-Günəşlidə pay sahibi olan ONGC-nin "Exxon" korporasiyasının səhmlərinin satışı ilə bağlı təklif edib-etməmək barədə qərar vermək ərəfəsində olduğunu və bu sahədəki digər tərəfdaşlarla görüşdüyünü bildirib.
Azərbaycandakı əməliyyatlarının satılması "Exxon" üçün 25 illik iştirakın sona çatmasına ola bilər.