İqtisadçı: 'Ən bərbad idarəçilik Əmək və Əhalinin Sosial Müdafiə Naziriyindədir'

İqtisadçı: 'Ən bərbad idarəçilik Əmək və Əhalinin Sosial Müdafiə Naziriyindədir'
4 May 2020
Mətni dəyiş

"COVİD-19 virusu Azərbaycanda bir sıra problemlərin olduğunu üzə çıxardı. Hansı ki, mövcud idarəçilikdə bu problemin olduğunu deyirdik, ancaq pandemiya dövrü belə problemlərin olmasını təsdiqlədi".

Bu sözləri iqtisadçı ekspert, ADR hərəkatının rəhbəri Qubad İbadoğlu bildirib. İqtisadçı hesab edir ki, ötən il əhalinin ümumi siyahıya alınması prosesi doğru aparılmayıb.

Onun sözlərinə görə, həmin problemlərdən ən birincisi ölkənin rəsmi statistikasının, məlumat bazasının reallıqla uzlaşmamasıdır. İqtisadçının fikrincə, məsələn, ötən il əhalinin ümumi siyahıya alınması yalandan keçirilib:

"Ölkədə rəsmi göstəriclərlə müqayisədə işsizlərin sayı ən azı 4-5 dəfə, yoxsulların sayı isə ən azı 5-6 dəfə çoxdur. Əhalinin sayına gəlincə, bunu dəqiq bilən yoxdur”.

Qubad İbadoğlu deyir ki, ikinci böyük problem iş yerləri ilə bağlıdır. Azərbaycanda yeni açılmış iş yerlərinin sayı passiv VÖEN-lərin, torpaq mülkiyyətçilərinin hesabına kifayət qədər şişirdilib:

"Bundan əlavə, kölgə iqtisadiyyatının miyqasları, gizli məşğulların sayı təsəvvür edildiyindən də çoxdur. Korrupsiyanın ən çox yayıldığı sahələrdən biri də sosial təminat sistemidir. 190 manat birdəfəlik yardım almaq üçün müraciət edənlərin bəzilərinin adına onların xəbəri olmadan əmək müqavilələri, sosial müavinətlər, subsidiya ödənişləri rəsmiləşdirilib”.

[caption id="attachment_2845" align="aligncenter" width="1154"] Qubad İbadoğlu[/caption]

İqtisadçı deyir ki, daha böyük bir problem isə internet xidməti ilə bağlıdır. Bu ərəfədə ölkədə internetin sürətinin çox aşağı olduğu məlum olub:

"İnternet xidmətinin sürəti az, keyfiyyəti aşağıdır. Bu ərəfədə tez-tez kəsintilər olur”.

İqtisadçıya görə, daha böyük bir problem isə bəzi dövlət orqanlarının Çağrı Mərkəzləri ilə bağlıdır. Belə ki, həmin mərkəzlər insanların müraciətlərini cavablandırmaq gücündə deyil:

"Ən çox şikayət 142 saylı telefon xidmətindən oldu. Eyni zamanda, bəzi dövlət orqanlarının onlayn xidmətləri müraciətlərə adekvat qurulmadığından tez yüklənir və qısa müddətdə çökür. Ən çox şikayət e-sosial.az saytından gəldi”.

Qubad İbadoğlu əlavə edir ki, aztəminatlı ailələr üçün nəzərdə tutulan ödənişlər, o sıradan haqqı ödənilən ictimai işlərə görə əmək haqqı, işsizlikdən sığorta haqlar, sosial müavinətlər və yardımlar ünvanlı şəkildə ödənilmir. Başqalarının adına yazılaraq mənimsənilir:

"Regional məşğulluq idarələri, sosial müdafiə mərkəzləri icra hakimiyyətlərinin başçıları ilə bu məqsədlə birlikdə fəaliyyət göstərir. Dövlət idarəçiliyində öhdəlik çox, məsuliyyət azdır. Sistemli yanaşma və əlaqələndirilmə işi zəifdir. Şəffaflıq və hesabatlıq yoxdur. Məsul şəxslərin baş verənlərə münasibəti adekvat deyil. Ən bərbad idarəçilik Əmək və Əhalinin Sosial Müdafiə Naziriyindədir. Bu nazirlikdə ciddi struktur və kadr dəyişikliklərinə ehtiyac var”.

Sonda iqtisadçı deyir ki, əhalinin hakimiyyətdən, hakimiyyətin də əhalidən gözləntiləri gerçək ehtiyaclar üzərində qurulmayıb. Onun fikrincə, bu, ən böyük problemdir:

"Hakimiyyət çalışır ki, əhaliyə sosial dəstək proqramı çərçivəsində az vəsait xərcləsin. Əhali isə çalışır ki, hakimiyyətdən ehtiyacları qədər dəstək qazansın”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun