4 Yanvar 2021
Mətni dəyiş
2020-ci ildə neft bazarında yaranmış böhranlı vəziyyət 2021-ci ildə də bəzi ümüdlü proqnozlara baxmayaraq pisləşməyə davam edir. Bu haqda neft ixrac edən ölkələrin təşkilatı olan OPEC-in baş katibi Məhəmməd Barkindo yanvarın 3-də OPEK+ formatında keçirdiyi videokonfransda bildirib.
"Biz hələ indi xam neft sənayesində keçən ilki investisiyaların azalması və iş yerlərinin kütləvi ixtisarından sonra özümüzə gəlməyə başlayırıq" - deyə Barkindo bildirib. O həmçinin pandemiya ucbatından sosial-iqtisadi aktivliyin dünya boyu azalmasının hələ də davam etdiyini xatırladım. OPEC baş katibi bundan başqa koronavirusun yeni mutasiyasının da yaradacağı yeni gerçəklikdə neftə olan ehtiyacın azalma ehtimalını dilə gətirib.
Məhəmməd Barkindo yalnız 2021-ci ilin ikinci yarısında iqtisadiyyatın potensiyal boy artımının gerçəkləşə biləcəyinə ümüd bəslədiyini deyib. Hələ neftin ən çox istifadə olunduğu turizm və əyləncə müəssisələrinin əvvəlki vəziyyətdə fəaliyyəti üçün bir neçə ilə ehtiyac var - deyə Barkindo bildirib.
OPEK+ neft hasilatını artırmaqla bağlı OPEC ölkələri nazirləri ilə yavarın 4-də görüş keçirib neft hasilatını artırmaq ya artırmamaq məsələsində razılığa gələcək. OPEC fevral ayında neft hasilatını gündəlik 0,5 milyon barrel artırmağı hədəfləyir. 2020-ci ilin dekabrında neft ixracatçısı ölkələr neft hasilatını il ərzində mütəmadi olaraq sutkada 2 milyon barrel limitinə çatdırmaqla bağlı razılaşmaya gəlmişdi.
Xatırladaq ki, 2020-ci ilin yanvarında Rusiyada neft hasilatı on il əvvəlki səviyyəsinə düşmüşdü. Hasilat həcmi 2019-cu illə müqaisədə 2020-ci ildə 8,6 milyon ton azalaraq 512,68 milyon tona enmişdi.