16 Fevral 2021
Mətni dəyiş
Keçən ilin əvvəldinən Azərbaycan neft hasilatını artırıb və neft hasilatı belə sürətlə davam edərsə Azərbaycanın neft ehtiyatları cəmi 25 ilə tükənməyə başlayacaq. Bu haqda beynəlxalq iqtisadi dəyərləndirmə təşkilatı olan Fitch Ratings və BP-nin birlikdə araşdırmasında deyilir.
Fitch Ratings həmçinin Azərbaycanın neft ehtiyatına görə dünyada 11-ci yerdə olduğunu da qeyd edib. Bu siyahıda ilk yerlərdə Kuveyt, İraq və Kanda dayanır.
Fitch-in məlumatlarına görə neft-qaz ehtiyatlarına görə 2019-cu ildə Azərbaycan nefti dünya neft-qaz ehtiyatlarının cəmi 0,8 faizini təşkil edib.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycan 37,5 milyon ton neft, 2020-ci ildə isə 34,6 milyon ton neft hasil edib.
Həmçinin Fitch-in hesablamalarına görə Azərbaycanın qaz ehtiyatları 2020-ci ildəki templə hasil edilərsə daha 120 ilə Azərbaycana bəs edər.