11 Fevral 2021
Mətni dəyiş
Azərbaycan hökuməti koronavirusa qarşı mübarizə və ölkədəki sosial-iqtisadi vəziyyətdəki mənfi nəticələrin aradan qaldırılması üçün tədbirlərə təxminən 2 milyard manat və ya dövlət büdcəsinin xərc hissəsinin 7,5 faizini xərcləyib, deyə Maliyyə Nazirliyi ölkənin 2020-ci il üçün əsas maliyyə sənədinin icrası barədə operativ hesabatında bildirir.
Hökumət COVID-19 koronavirus pandemiyası ilə mübarizə xərcləri barədə tam deyil, ümumiləşdirilmiş məlumat verib. 1 milyard 985,6 milyon manat vəsaitdən məşğulluq tədbirləri, sahibkarların itkilərinin ödənilməsi, həmçinin kreditlərin maliyyələşdirilməsi, təhsil və elektrik enerjisi xərcləri üçün xərclənib.