3 Fevral 2021
Mətni dəyiş
Alman şirkəti BioNTech ilə birgə koronavirusa qarşı peyvənd hazırlamış amerikan şirkəti Pfizerin gəliri milyardlarla dollara yüksəlib. Dünyaca məşhur "Bloomberg" dərgisinin məlumatına görə, 2021-i ildə firma 15 milyard qazanc götürəcəyini planlayır, ümumilikdə isə keçən ilin nəticələrinə görə Pfizer 59,4 milyardla 61,4 milyard dollar arası gəlir götürəcəyini ehtimal edir.
Rəqiblərinə nisbətən Pfizer ikifazalı peyvənd üçün ən böyük qiymət tələb edir. Belə ki, hər iynə üçün peyvəndin qiyməti 19,5 dollardır. Müqaisə üçün ABŞ-da öz peyvənd preparatına izn almış AstraZeneca Plc hər iynəni 4 dollara, Johnson & Johnson şirkəti isə 10 dollara verir. Pfizer və BioNTech şirkəti bu il əvvəlindən 1,3 milyard doza peyvənd hazırlamağı planlaşdırsa da, indi onlar iki milyard dozaya qədər peyvənd istehsal edəcəklərini bildiriblər.
Pfizer və BioNTech şirkətinin peyvəndi ABŞ və AB ölkələrində istifadəsinə izn verilən ilk peyvənddir. Şirkətin açıqlamasına görə preparatın effektivliyi 95 faizi keçir. Ancaq şirkətin təkcə rəqabətdə olduğu Johnson & Johnson and Novavax şirkəti ilə deyil, həm də koronavirusun ortaya çıxa biləcək yeni növlərinə qarşı peyvənd yaratmaq problemləri ola bilər.
Hal-hazırda Pfizer və BioNTech 836 milyon doza peyvənd sifarişi alıb, bunlardan 300 milyonu AB ölkələri və 200 milyonu ABŞ üçündür.