Bu ilin yanvar ayında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 268,5 mln manat təşkil edib.
Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar ayı ilə müqayisədə 20,4 % azdır.
Hesabat dövründə 86,2 min ton həcmində avtomobil benzini, 189,3 min ton dizel yanacağı, 2,5 min ton sürtkü yağları, 5,7 min ton neft bitumu istehsal edilib.
Avtomobil benzini istehsalı 29,3 %, sürtkü yağlarının istehsalı 39 %, neft bitumunun istehsalı 6125 %, dizel yanacağının istehsalı isə 6,8 %, azalıb.
Bu ilin ilk ayında ölkədə 39,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 29,9 min ton ağ neft, 1,8 min ton yanacaq mazutu, 20,8 min ton neft koksu istehsal edilib.
Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 69,3 % artıb, ağ neftin istehsalı 45,8 %, yanacaq mazutunun istehsalı 85 % azalıb, neft koksunun istehsalı isə dəyişməyib.