11 Mart 2021
Mətni dəyiş
Yanvar-fevral aylarında ölkədə 12 milyard 19 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumatda deyilir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7,5 faiz, qeyri-neft-qaz sektorunda isə 0,4 faiz azalıb.
ÜDM istehsalının 41,2 faizi sənaye, 10,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,7 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2 faizi informasiya və rabitə, 0,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 1201,6 manata bərabər olub.