8 Mart 2021
Mətni dəyiş
Dünya bazarında Brent markalı neftin qiyməti keçən həftə 2,85 faiz bahalaşaraq 71 dollara yüksəlib. Bu yaxın bir il üçün rekord qiymətdir.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 2,81 faiz bahalaşaraq 67,95 dollar olub.
Neftin qiyməti son dəfə bir barelinə görə 70 dollara 2020-ci ilin yanvar ayında yüksəlmişdi. Koronavirus pandemiyasından sonra isə neftin qiyməti sürətlə aşağı enmiş, bir barelə görə 45-50 dollar arası dəyişmişdi.