Dünyada qida qiymətləri fevral ayında ard-arda 9-cu dəfə artıb. Qiymətlər şəkər və bitki yağındakı qiymət artımının təsiri ilə 2014-cü ilin iyul ayındın bəri ən yüksək səviyyəyə qalxıb.
BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən hazırlanan, taxıl, yağlı toxumlar, süd məhsulları, ət və şəkər qiymətlərindəki aylıq dəyişiklikləri izləyən dünya qida qiymətləri indeksi yanvar ayındakı 113,2 səviyyəsindən fevralda 116-ya yüksəlib.
Yanvar ayı üçün ərzaq qiymətləri indeksi bundan əvvəl 113.3 olaraq elan edilmişdi.
Taxıl məhsullarının 2020-ci ildə rekord qırmaq yolunda olduğuna diqqət çəkən FAO, ilk göstəricilərə görə bu ilki istehsalın 2020-dən çox ola biləcəyini açıqlayıb.
FAO taxıl qiymətləri indeksi fevral ayında əvvəlki aya nisbətən 1.2% artıb. Bitki yağı qiymətləri isə 6,2% artıb.