Digər tərəfdən modern texnologiyaya ehtiyac artdıqca IPhone telefonlarının istehsalçısı Apple-nin təmiz gəliri 57,4 milyard dollara yüksəlib və Aramconun dünya şirkətləri arasındakı liderliyinə son qoyub.
Pademiya səbəbindən dünya iqtisadiyyatının yenidən formalaşarkən qısa müddətlik də olsa neftin qiyməti həddən artıq aşağı düşdüyü üçün 2020-ci ildə Aramco-nun illik gəliri böyük ölçüdə azaldı.
Eyni zamanda evlərindən bayıra çıxmayan alıcılar iPhone, iPad və Mac kompyuterləri almağa davam etdi. Xüsusilə 2020-ci ilin sonlarına doğru, noyabr və dekabr aylarında Apple şirkətini gəlirləri görünməmiş dərəcədə artmağa başladı. Təkcə həmin o iki ayda şirkətin təmiz gəliri 22,8 milyard dollara yüksəldi.