Çinin e-ticarət şirkəti olan Alibaba antitrest qaydalarını pozduğu üçün 2,8 milyard dollar cərimə edilib.
Dövlət Bazar Tənzimləmə Təşkilatı (SAMR) tərəfindən verilən açıqlamaya görə, Alibaba bazarda rəqabəti pozub, malların sərbəst dövriyyəsinin qarşısını alıb və bazardakı hakim mövqeyindən bazara tam nəzarət etmək üçün sui-istifadə edib.
SAMR martın 12-də aralarında Tencent, Çinin axtarış sistemi Baidu Inc, Didi Mobility və Softbank da olduğu 12 şirkətin hər birinə sözügedən qaydaları pozduqlarına görə 77 min dollar cərimə kəsib.
Çin 8 fevralda böyük texnologiya şirkətlərinin inhisarçı fəaliyyətlərinin qarşısını almaq üçün yeni qaydalar tətbiq etmişdi.