“Koronavirus pandemiyasına, 44 günlük müharibəyə, qlobal iqtisadi böhrana, neftə tələbatın və onun qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də apardığı uzaqgörən siyasət və atdığı çevik addımlar nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub-saxlanıb”.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
"Hesabat ilində götürülmüş sosial və iqtisadi öhdəliklər yerinə yetirilib. Pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılmasına nail olunub. Operativ tədbirlər sayəsində ölkəmiz 2020-ci ilin şoklarından mətinliklə çıxıb, iqtisadiyyatda dərin tənəzzülün qarşısı alınıb. Manatın məzənnəsinin sabitliyi qorunub”, - o bildirib.