Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov ölkənin neft ehtiyatlarının mövcud istehsalla 59 il, qaz ehtiyatlarının 103 il içində bitəcəyini bildirib.
Bu barədə “Sputnik” xəbər verir.
Nazir geoloji kəşflərə investisiya yatırmaqla ehtiyatların artırıla biləcəyini dilə gətirib.
“Bəzi yerlərdə qaynaqlar tükənir. Hələ tam olaraq aşkarlanmamış yerlər də var. İstənilən halda əlçatanlığı çətin olan yerlər də daxil olmaqla, geoloji kəşfləri genişləndirmək lazımdır”, - nazir vurğulayıb. Rusiyanın təbii qaz istehsalı potensialı təxminən 1 trln. kubmetrdir. Ölkənin mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı potensialı isə 120-140 mln. tondur. Rusiyada qaz istehsalını artırma potensialı 1 trln. və daha çoxdur, LNG istehsalı qabiliyyəti isə 120-140 mln. tondur.