23 İyun 2021
Mətni dəyiş
2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan ümumi 52 683,62 ton benzin idxal edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumi idxal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artıb, məhsulun ümumi gömrük dəyəri isə 34 320 890 dolları təşkil edib.
Belə ki, bu dövr ərzində 46 731,78 ton həcmində 31 174 660 dollar dəyərində “Aİ-95” premium markalı benzin idxal edilib. Bir ton “Aİ-95” markalı benzinin gömrük dəyəri 667,1 dolları təşkil edib. Bu isə ötən ilin müvafiq dövründə idxal edilən “Aİ-95” markalı benzinin bir ton üçün gömrük dəyərindən 10,9 faiz azdır.
Həmin dövrdə ölkəyə 956,2 ton həcmində və 759 190 dollar dəyərində “Aİ-98” markalı benzin idxal edilib. Bir ton üçün məhsulun gömrük dəyəri 793,96 dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövründə idxal edilən bir ton “Aİ-98” markalı benzinin gömrük dəyərindən 7,2 faiz azdır.
Eləcə də, bu dövrdə 4 999,64 ton həcmində 2 387 040 dollar dəyərində oktan dəyəri 95-dən az olan benzin idxalı baş tutub. Bu məhsulun bir ton üçün gömrük dəyəri 477,4 dollar təşkil edib.