İttiham olunan şəxs məhkəmə zalında qəfil yıxılıb və vəfat edib
Bu gün səhər saatlarında Bakı Ağır Cinayətlər Məhkəməsində işinə baxılan 1960-cı il təvəllüdlü Şamil Qədimov iclas zalında qəfil vəfat edib.
AbzasMedia-ya bu barədə məlumatı məhkəmənin spiker-hakimi Telman Hüseynov təsdiqləyib. O bildirib ki, ittiham olunan Ş.Qədimov məhkəmə iclasının başlamasını gözləyərkən qəfil yıxılıb və vəfat edib:
"Deyilənə görə, Şamil Qədimov ürək çatışmazlığından vəfat edib"- spiker-hakim bildirib.
T. Hüseynov məlumat verib ki, Ş. Qədimov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunub.
Şamil Qədimov 1980-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində işləyib.