DSMF-dəki pozuntularla bağlı prokurorluğa müraciət edilib
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunda apardığı yoxlamalar zamanı bir sıra qanun pozuntuları aşkar edib.
Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən 3 müavinət növü üzrə 18,9 mln. manat məbləğində vəsaitə əlavə tələbat yaranıb, 26 nəfər pensiyaçıya eyni zamanda 2 yerli orqan tərəfindən əmək pensiyası ödənişi həyata keçirilib. Bundan başqa, 6 pensiyaçının vəfatından sonrakı dövr üçün vəsait istifadə olunduğu aşkar olunub.
2013- cü ilə qədər 24 rayon üzrə 51 şəxsin doğum tarixi saxtalaşdırılmaqla pensiya yaşına çatdırılıb və həmin vətəndaşlara 884 min manat pensiya ödənilib. Bu halın digər şəhər və rayonlarda baş vermə ehtimalına görə Hesablama Palatası əldə etdiyi materialları Baş Prokurorluğa göndərib.