4 meyitin mümkün yerlərini göstərən xəritə də Azərbaycana verilib
Ermənistan dekabrın 1-də I Qarabağ müharibəsi qurbanlarından 10 nəfərin meyitini və 4 cəsədin mümkün yerlərini göstərən 2 xəritəni Azərbaycana təhvil verib.
Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, onlar 2020-ci il noyabrın 9-dan bu günə kimi I Qarabağ müharibəsində həlak olan 140 nəfərin cəsədini və 5 xəritəni Azərbaycana təhvil veriblər.
Noyabrın 28-də isə Azərbaycan sentyabrın 12-13-də Ermənistanla qarşıdurmada həlak olan 13 erməni hərbçinin cəsədini qarşı tərəfə təhvil verib.