Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçildi [yenilənib]

Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçildi [yenilənib]
9 Dekabr 2022
Mətni dəyiş

Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

Bu barədə fəalın vəkili Aqil Layıc məlumat verib.

İctimai fəal Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb. Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

******

O, xuliqanlıq maddəsi ilə ittiham olunur

Vəkil Aqil Layıc sosial media hesabından məlumat yayıb ki, ictimai fəal Bəxtiyar Hacıyevə qarşı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi açılıb.  Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Xətai Rayon Məhkəməsinə aparılır.

Məlumata görə, Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bir müddətdir ki, Bəxtiyar Hacıyevlə jurnalist Ülviyyə Alovlu arasında məhkəmə mübahisəsi var idi. Jurnalist idda edirdi ki, Bəxtiyar Hacıyev ona məhkəmədə xəsarət yetirib. Bəxtiyar Hacıyev bu iddianı rədd edirdi və ona qarşı təzyiqləri siyasi sifariş adlandırırdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun