Qadağa həm özəl, həm də dövlət universitetlərinə şamil olunub
Taliban Əfqanıstanda qadınların universitet təhsili almasını qadağan edib
Bu barədə məlumat Ali təhsil naziri Neda Məhəmməd Nadimin imzaladığı və bütün universitetlərə göndərilən məktubda yer alıb.
Dekabrın 20-də yayılmış bildirişdə deyilir: “Hamınıza qadınların təhsilini dərhal dayandırmağınız haqda məlumat verilir”.
Məktub bütün hökumət və özəl universitetlərə göndərilib.
Bundan əvvəl Taliban məktəbli qızların ibtidai sinifdən yuxarı təhsilini qadağan edib.
Ötən il hakimiyyətə gələn Taliban təşkilatı 1990-cı illərdə olduğundan daha yumşaq siyasət vəd edirdilər. Ancaq qadınların həyatının bütün sahələrində məhdudiyyətlər gücləndirilib.