Azərbaycan-Ermənistan arasında atəşkəs elan olunasa da, silah səsləri dayanmər.
Azərbaycan Respublikasnın Müdafiə Nazirliyi yenidən məlumat yayaraq bildirib ki, sentyabrın 6-sı saat 19:50-dən 7-si saat 01:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Qarakilsə rayonunun Noravan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Liderlərin Brüssel görüşündən sonra iki ölkə arasında hərbi-siyasi gərginlik artıb.