Birinci Qarabağ müharibəsi qazisi, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənov sentyabrın 4-də intihar edib.
Məlumatı Baş Prokurorluq təsdiqləyib. Ucar sakini Alpout kəndində yaşadığı evin həyətində özünü yandırıb.
Nazir Həsənov xəstəxanaya çatdırılsa da, sentyabrın 5-də həyatını itirib.
Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma başladılıb.
İkinci Qarabağ Müharibəsindən sonra 41 qazi intihar edib, 50-dən çox veteran isə intihara cəhd edib.