Paşinyan: "Çox vaxt deyirlər ki, müharibənin günahı məndədir"

Paşinyan: "Çox vaxt deyirlər ki, müharibənin günahı məndədir"
10 Yanvar 2023
Mətni dəyiş

Ermənistanın Baş naziri cəmiyyətdə hökumətlə bağlı yanlış təəssüratlar yaranmasın deyə bəzi məsələləri ictimailəşdirməyə qərar verdiyini açıqlayıb 


“Çox vaxt deyirlər ki, müharibənin günahı məndədir. Yaxşı, gəlin anlayaq ki, müharibədən qaçmaq üçün biz nə etməli idik?- bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib:

"Düzgün ifadə odur ki, bu rayonlar təslim edilməli, Dağlıq Qarabağın statusunun qeyri-müəyyənliyi və faktiki olaraq Azərbaycanın tərkib hissəsi kimi tanınması, bu ərazini tərk etmiş azərbaycanlıların geri qayıtması və Dağlıq Qarabağı idarə etmək imkanı ilə təminatı qəbul edilməli idi. İndi geriyə baxaraq deyə bilərik ki, bəli, bəlkə də bu, hazırda əlimizdə olanlardan daha yaxşı olardı. Amma o zaman bizi kim inandıra bilərdi ki, bu, gedilməli olan yoldur? O zaman biz güclü ordumuzun, etibarlı müttəfiqlərimizin olduğunu düşünürdük, bir addım belə geri çəkilməyəcək vəziyyətdə olmağımızla bağlı masada rəsmi hesabatlar var idi.

Mən bununla heç bir ittihamı rədd etmək istəmirəm, bütün bunlar olub. Deyirəm ki, məsələyə daha dərindən baxaq” - baş nazir çıxışında bildirib.

Paşinyan qeyd edib ki, son dövrlər Qərb dövlətləri ilə təmasda olan Azərbaycan Ermənistana qarşı aqressiv münasibət göstərir: 

“Biz hamımız bilirik ki, bu, absurddur, lakin Ukrayna hadisələri fonunda bu bəyanatlar maraq doğurur və Azərbaycan bundan istifadə edir. Biz rusiyalı həmkarlarımızın diqqətini ona yönəldirik ki, müvafiq cavab tədbirləri görülmədikdə belə çıxır ki, Rusiya Federasiyasının hərbi mövcudluğu nəinki Ermənistan Respublikasının təhlükəsizliyini təmin etmir, həm də onun üçün təhlükə yaradır. Biz hələ nəticə çıxarmırıq, sadəcə faktları qeydə alırıq” - deyə baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, bu mövzunu rusiyalı həmkarları ilə dəfələrlə, amma konfidensial şəkildə müzakirə edib. O, cəmiyyətdə hökumətlə bağlı yanlış təəssürat yaranmasın deyə məsələni ictimailəşdirmək qərarına gəldiyini söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun