Uşağı ilə intihar etmək istəyən qadının bu, üçüncü cəhdi imiş

Uşağı ilə intihar etmək istəyən qadının bu, üçüncü cəhdi imiş Foto: Sosial Media
23 May 2023
Mətni dəyiş

Qadının həyat yoldaşı Cavid Cavadov: “Yoldaşım deyirdi, pul çatmır. Mən də deyirdim, nə edək, aza qane olmalıyıq”


Ötən gün axşam saatlarlnda Dənizkənarı Milli Parkda qadın azyaşlı uşağı ilə birlikdə intihara cəhd edib. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Şahidlərin sözlərinə görə, uşaq ətrafdakı insanların köməyi ilə dənizdən sağ çıxarılıb. Qadının isə FHN-in xilasedicilərinin köməyi ilə dənizdən çıxarıldığı bildirilir. 

İntihara cəhd edən qadın 38 yaşlı 3 uşaq anası Nuranə Cavadova olub. 

Onun həyat yoldaşı Cavid Cavadov Abzas Media-ya bildirib ki, xanımı axşam saatlarında azyaşlı övladı ilə parkda gəzmək adı ilə evdən çıxıb. Sonradan onun təcili yardıma çatdırıldığı və intihara cəhd etdiyi barədə məlumat alıb.

C.Cavadov bildirib ki, Nuranə Cavadova nevroz xəstəliyindən əziyyət çəkir və onun ata-anası ilə məişət zəminində problemləri olub. Bundan başqa, o, maddi sıxıntıların da ailədəki vəziyyəti gərginləşdirdiyini bildirib. 

"O, bundan əvvəl də 3 dəfə intihara cəhd edib. Mən qarşısını almışam. 
Bakıda kirayədə yaşayırıq. Dolanışıqda çətinlik çəkirik. 200 manat kirayə pulu veririk, 50-60 manat da kommunal xərclərə çıxır. Yoldaşım deyirdi, pul çatmır. Mən də deyirdim, nə edək, aza qane olmalıyıq. Dolanışıq və sairə, hamısı üst-üstə gəldi, yükləndi" - Nuranə Cavadovanın həyat yoldaşı deyib.

C. Cavadov Hərbi Dəniz Qüvvələrində gözətçi işləyərək ailəsini saxladığını deyib. 

O, xanımı Nuranə Cavadovanın hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə aldığını və vəziyyətinin yaxşı olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun