Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri Peter Mihalko Azərbaycanda jurnalistlərə qarşı mövcud təzyiqləri tənqid edib
O, Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə qarşı ləyaqəti alçaldan rəftara dair xəbərlərdən şoka düşdüyünü deyib.
Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri Peter Mihalko Azərbaycanda jurnalistlərə qarşı mövcud təzyiqləri tənqid edib.
“Bu, xüsusilə məhkəmə zallarında qandallanmış, şüşə qəfəslərə salınmış və ya əsas insan ehtiyaclarından məhrum olan gənc qadınlara aiddir. Hər kəsin ləyaqət və hörmətlə rəftar olunmaq hüququ var”, deyə Peter Mihalko X platformasındakı hesabında yazıb.
Məsələyə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə ölkənin məhkəmə sisteminin ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulduğunu və ona müdaxilənin qəbuledilməz olduğunu bildirib.
Bu barədə “X” hesabında yazan Hacızadə Mihalkonun iddialarını tam əsassız adlandırıb”
“Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin”.
Yanvarın 15-də “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızının növbəti vəsatəti üzrə apellyasiya məhkəməsi keçirilib. Vaqifqızının vəkili məhkəmə zalında onun şüşə qəfəsdən çıxarılması ilə bağlı vəsatət verir. Vəsatət əvvəlcə təmin edilsə də, konvoyun tabe olmayaraq “rəisdən” icazənin lazım olduğunu deməsi çaşqınlıq yaranıb. Bundan sonra hakimlər yenidən toplaşaraq vəkilin vəsatətini rədd edib və yeni qərar qəbul ediblər.