Perinatal Mərkəzdə yanğın zamanı 4 körpə həlak olub

Perinatal Mərkəzdə yanğın zamanı 4 körpə həlak olub Foto: Publika az
9 Yanvar 2024
Mətni dəyiş

3 dövlət qurumunun yaydığı rəsmi məlumatda 3 nəfərin tüstüdən zəhərləndiyi də bildirilir

Yanvarın 9-da gecə saatlarında TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Perinatal Mərkəzində yanğın baş verib.

Rəsmi məlumatlara görə, yanğını söndürmək mümkün olub, amma yanğın nəticəsində mərkəzdə doğulan və intensiv müalicə bölməsində olan 4 körpə həlak olub, 3 nəfər tüstüdən zəhərlənib. Yanğına görə mərkəzdən təxliyə olunan 26 körpə Kliniki Tibbi Mərkəzə yerləşdirilib:

“Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub. Fakta görə Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb”, - Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd edilib.

Yanğının səbəbləri dəqiq bilinməsə də, baş prokuror Kamran Əliyev jurnalistlərə bildirib ki, ilkin ehtimallara görə, yanğın elektrik şəbəkəsində baş verən nasazlıqdan irəli gəlib.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Perinatal Mərkəzində doğuşlar həyata keçirilir. Hamilə qadınlara tibbi yardım göstərilir.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun