Azərbaycanda siyasi məhbusların sayı 300-ü keçə bilər
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) tərəfdarı Elşən Kərimov Yevlaxda atasının yar mərasimində həbs edilib.
1994-cü ildən Moskvada yaşayan və bu ölkənin vətəndaşı olan E.Kərimov aprelin 17-də Yevlaxa atasının hüzr mərasimində iştirak etmək üçün gəlib.
"Elə hüzr mərasimində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 281.1-ci maddəsilə (hakimiyyətin zorla ələ keçirilməsinə və ya konstitusiya quruluşunun zorla dəyişdirilməsinə dair açıq çağırışlar, habelə bu məzmunlu materialların yayılması) ittiham irəli sürülüb. Aprelin 19-da Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib" - "Turan" İnformasiya Agentliyi vəkil Zibeydə Sadıqovaya istinadən yazıb.
Elşən Kərimov AXCP tərəfdarıdır. Hazırda bu partiyanın 10-dan çox üzvü həbsdədir. Məhkəmə Kərimovu təqsirli bilərsə, onu 5 ilə qədər həbs cəzası gözləyir.
Son aylarda Azərbaycanda ictimai-siyasi fəalların kütləvi həbsi həyata keçirilir. Beynəlxalq təşkilatlar həbsləri siyasi repressiya hesab etsə də, hakimiyyət şəxslərin konkret əməllərə görə həbs edildiyini bildirir.
Hazırda Azərbaycanda 300-ə yaxın siyasi məhbus olduğu bildirilir.