Məmməd İbrahim barəsində də həbs qətimkan tədbiri seçilib

Məmməd İbrahim barəsində də həbs qətimkan tədbiri seçilib
1 Dekabr 2025
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində də 2 ay 15 gün ay həbs qətimkan tədbiri seçilib. Qərar dekabrın 1-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

AXCP-nin sədri Əli Kərimli kimi ona qarşı da Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – (hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) ilə ittiham irəli sürülüb.

Məmməd İbrahimi noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıblar. Onunla eyni gündə partiyanın sədri Əli Kərimli də saxlanılıb. Onların evlərində axtarış aparılıb.

Hökumətyönlü media onların Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə həbs edildiklərini yazıb.

Ramiz Mehdiyev oktyabrın 14-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham elan olunub. Həmin gün barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun