Namizəd Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

Namizəd Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib
11 Dekabr 2025
Mətni dəyiş

Hüquqşünas Namizəd Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildiyi bildirilib.

Bu barədə məlumatı “APA” yayıb. Qeyd edilib ki, Xətai Rayon Məhkəməsində istintaq orqanının Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatına baxılıb və təqdimat təmin olunub.

Namizəd Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə ittiham irəli sürülüb. İttihama görə, o, bir vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir.

Məlumatda iddia olunub ki, Səfərov həmin vətəndaşı işdən çıxarıldığı vəzifəyə yenidən bərpa etdirəcəyinə inandırıb, bu məqsədlə külli miqdarda pul alıb. Lakin verdiyi vədi yerinə yetirmədikdən sonra zərərçəkən polisə müraciət edib.

Namizəd Səfərov 2005-ci ildə Vəkillər Kollegiyasından xaric edilib. O, bunu kollegiya rəhbərliyini tənqid etməsi ilə izah edib. Vəkillər Kollegiyası isə qərarın qanunvericiliyin tələblərinin pozulması əsasında verildiyini açıqlayıb.

Səfərov 2020-ci ildə Demokratik Qüvvələrin Milli Şurasının tərkibindən istefa verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun