Azərbaycan mətbuat azadlığına görə 54 Afrika ölkəsinin 51-indən geridədir

Azərbaycan mətbuat azadlığına görə 54 Afrika ölkəsinin 51-indən geridədir
2 May 2025
Mətni dəyiş

Nikaraqua, Myanmar, Əfqanıstan, Azərbaycan mətbuatın vəziyyətinə görə eyni sıralarda…

Azərbaycan jurnalistlərə qarşı ağır repressiyaların fonunda dünyada mətbuat azadlığı indeksinin ən sonuncu sıralarına çatır.

“Sərhədsiz Reportyorlar” Təşkilatının (RSF) hər il Dünya Mətbuat Azadlığı Günündə açıqladığı mətbuat azadlığı indeksində Azərbaycan daha 3 pillə geriləyərək 54 Afrika ölkəsinin 51-indən geriyə düşüb. 

Mayın 2-də açıqlanan siyahıda Azərbaycan üç pillə geriləyərək 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb. 

Qonşu ölkələr arasında Rusiya doqquz pillə geriləyərək 171-ci, Gürcüstan 11 pillə geriləyərək 114-cü olub. Ermənistan isə 9 pillə irəliləyərək 34-cü pilləyə qalxıb.

Qeyd olunub ki, jurnalistlərin həbsilə yanaşı, azadlıqda olanların da kütləvi mühacirət etməsinə, mediaların qapadılmasına görə 34 ölkə daha önə çıxır. 

“Bu, Nikaraqua, Myanmar, Əfqanıstan, Azərbaycan və Belarus kimi  iqtisadi çətinliklərin siyasi təzyiqin təsirlərini daha da gücləndirdiyi ölkələrdir. 

Sənədə görə, 180 ölkənin 160-da media qurumlarının maliyyə resursları ya ümumiyyətlə yoxdur, ya da stabil deyil. 

2023-cü ilin noyabrından etibarən Azərbaycanda jurnalistlərə və medialara qarşı kütləvi repressiyalar başlayıb. “Abzas Media”, “Toplum Tv”, “Meydan Tv” və digər media qurumlarının Bakıdakı fəaliyyəti dayandırılıb, əməkdaşları kütləvi şəkildə ağır ittihamlarla həbs edilib. 

Hüquq müdafiəçilərinin hesabatlarına görə, Azərbaycanda 350-dan çox siyasi məhbus var ki, bunun da bir qismi media mənsublarıdır. Hökumət isə iddiaları rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun