Azərbaycanda siyasi məhbusların sayı 375-ə çatıb

Azərbaycanda siyasi məhbusların sayı 375-ə çatıb
11 İyun 2025
Mətni dəyiş

İyunun 9-da "Azərbaycan Siyasi Məhbuslarına Azadlıq" Birliyi ölkədə aiyasi məhbuslarən sayı ilə bağlı hesabat paylaşıb.

Birlik Azərbaycanda 375 siyasi məhbusun olduğunu açıqlayıb.

Hesabatda siyasi məhbuslar 12 kateqoriya üzrə bölünüb.

Sənədə görə, siyasi məhbusların 29-u jurnalist və bloqer, 6-sı hüquq müdafiəçisi, 39-u ictimai-siyasi fəal, 5-i milli azlıqların nümayəndəsi, 2-si müharibə əleyhdarı, 5-i deportasiya olunmuş siyasi mühacir, 241-i dindar, 12-si isə ömürlük məhkumdur.

Bundan əlavə, "Söyüdlü işi" üzrə 2, "İmişli işi" üzrə 13, "Tərtər işi" üzrə 8, "Gəncə işi" üzrə 13 nəfər də siyasi məhbus hesab edilib.

Beynəlxalq hüquq müdafiəsi təşkilatları Azərbaycanda siyasi məhbusların azad edilməsinə çağırışlar edir.

Rəsmi Bakı isə birqayda olaraq ölkədə siyasi məhbusların olmadığını bildirir, yerli və beynəlxalq təşkilatların bu iddialarını rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun