İqbal Əbilovun kitabı nəşr edilib

İqbal Əbilovun kitabı nəşr edilib Foto: Amerikanın Səsi
30 İyul 2025
Mətni dəyiş

18 il müddətinə azadlıqdan məhrum edilən “Talış Milli Akademiyasının xəbərləri”nin baş redaktoru, tədqiqatçı İqbal Əbilovun kitabı dərc edilib.

Bu barədə məlumatı onun yaxınları paylaşıb.

Bildirilir ki, “ФРАГМЕНТЫ ТАЛЫШСКОЙ РЕЧИ I” (“Talış nitqinin fraqmentləri I”) adlı kitab nüfuzlu akademik nəşriyyat Lincom nəşr olunub.

“Bu kitaba XIX əsrin ikinci yarısında alman-rus şərqşünası Boris Dorn tərəfindən toplanmış və 2012-ci ildə İqbal Əbilovun arxivlərdə aşkar etdiyi əlyazmalar daxil edilib. Bu materiallar talış dilinin şimal dialekti barəsində bu günədək məlum olan ən qədim elmi araşdırmalardan biri olaraq xüsusi əhəmiyyət kəsb edir”,- məlumatda deyilir.

Qeyd edilir ki, kitab Talış Milli Akademiyası tərəfindən təsis edilmiş "Bibliotheca Talyshica" seriyasının ilk nəşridir və seriya talış dilində yazılmış çap olunmamış əsərləri və talış alimlərinin elmi irsini təqdim edir

Dövlətə xəyanət ittihamı ilə həbs edilən İqbal Əbilov 2024-cü il iyulun 22-də Masallı rayonunun Bala Kolatan kəndində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanıb.

O, virtual “Talış Milli Akademiyası”nın mətbu orqanı olan “Talış Milli Akademiyasının xəbərləri”nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışlarla bağlı nəşr olunmamış tarixi sənədlər, tədqiqatlar dərc edilib.

2025-ci il mayın 20-də 18 il müddətinə azadlıqdan məhrum edilən tədqiqatçı ittihamları təkzib edir və elmi fəaliyyətlə məşğul olduğunu bildirir.  

Hüquq müdafiəçiləri Əbilovu siyasi məhbus kimi tanıyıblar

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun