Siyasət

Tramp CNN-i boykot etməyə çağırdı

1 dəqiqə
Tramp CNN-i boykot etməyə çağırdı

ABŞ prezidenti Donald Tramp CNN telekanalını boykot etməyə çağırıb.

RİA "Novosti” agentliyinə istinadən verilən məlumata görə, D.Tramp CNN telekanalının bu həftə Yeni il münasibətilə jurnalistlərin Ağ Evdə keçiriləcək qəbulunda iştirakdan imtina etdiyini açıqladıqdan sonra belə bəyanat verib.

D.Tramp bildirib ki, CNN-nin yalan informasiyaları boykot edilməlidir.

Ağ Evdə jurnalistlərin qəbulu dekabrın 1-də olacaq.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun