Siyasət

İlham Əliyevin Əfqanıstan prezidenti ilə təkbətək görüşü olub

1 dəqiqə
İlham Əliyevin Əfqanıstan prezidenti ilə təkbətək görüşü olub

Prezident İlham Əliyevin Azərbaycanda işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının Prezidenti Mohammad Ashraf Ghani ilə təkbətək görüşü olub.

Abzas.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransının əhəmiyyəti qeyd edilib

Bundan əlavə, görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə edilib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun