Siyasət

Rəhim Qazıyevə 10 sutka həbs cəzası verilib

1 dəqiqə
Rəhim Qazıyevə 10 sutka həbs cəzası verilib

Dünən saxlanılan keçmiş müdaifə naziri Rəhim Qazıyevə Nərimanov rayon Məhkəməsinin qərarı ilə 10 sutka həbs cəzası verilib.

Abzas.net xəbər verir ki, bu barədə Facebook səhifəsində jurnalist Əvəz Zeynallı yazıb. O bununla bağlı Nərimanov polis idarəsindən məlumat verildiyini bildirib.

Rəhim Qazıyev Binəqədi RPİ-nin müvəqqəti saxlama təcridxanasına aparılıb.

R.Qazıyevin nədə günahlandırıldığı açıqlanmayıb.


Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun