Siyasət

Əbülfəz Qurbanlı və Ülvi Həsənli ABŞ səfirliyində görüş keçirib

1 dəqiqə
Əbülfəz Qurbanlı və Ülvi Həsənli ABŞ səfirliyində görüş keçirib

Nida Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli və müstəqil siyasi fəaliyyətlə məşğul olan Əbülfəz Qurbanlı iyulun 21-də ABŞ-ın Azərbaycandakı səfirliyində görüş keçirib.

Abzas.net Ülvi Həsənliyə istinadən xəbər verir ki, gənclər Amerika səfirinin siyasi işlər üzrə müşaviri William Solley ilə görüşüblər.

Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, gənclərin problemləri, hökumətin gənclər siyasəti və siyasi məhbuslar məsələsi müzakirə olunub.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun