Siyasət

ABŞ səfiri Rusiyanın diplomatlarla bağlı qərarına etirazını bildirib

1 dəqiqə
ABŞ səfiri Rusiyanın diplomatlarla bağlı qərarına etirazını bildirib

ABŞ-ın Rusiyadakı səfiri John Tefft rəsmi Moskvanın cavab tədbiri kimi Amerika diplomatları ilə bağlı qərarına görə dərindən məyus olub. Bununla əlaqədar səfirlik Rusiya tərəfinə etirazını bildirib.

"RİA "Novosti"-nin məlumatına görə, bu barədə səfirliyin mətbuat xidmətinin rəhbəri Maria Olsson bildirib.

"Biz Rusiya hakimiyyətindən bildiriş almişıq. Səfir Tefft dərin təəssüf və etirazını bildirib", - M.Olson qeyd edib.

O əlavə edib ki, bildiriş tanış olmaq üçün Vaşinqtona göndərilib.

ABŞ Senatı tərəfindən Rusiyaya qarşı sanksiyaları sərtləşdirən qanunun qəbul edilməsi ilə əlaqədar rəsmi Moskva ölkədəki Amerika diplomatlarının ümumi sayını 455 nəfərə qədər azaltmağı təklif edir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun