Siyasət

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfərə gələcək

1 dəqiqə
ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfərə gələcək

ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana səfərə gələcək.

"Report" xəbər verir ki, səfər bu ilin sentyabr ayına planlaşdırılıb.

K.Vigeninin hər üç Cənubi Qavqaz ölkəsinə - Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyi gözlənilir. Səfər zamanı Cənubi Qafqaz regionunda münaqişələrin həlli, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun