Siyasət

Azərbaycan və Ermənistan üzrə həmməruzəçilər birgə bəyanat yayıblar

1 dəqiqə
Azərbaycan və Ermənistan üzrə həmməruzəçilər birgə bəyanat yayıblar

Foto: sosial media

AŞPA Monitorinq komitəsinin Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Füzuli rayonunun Alxanlı kəndində baş vermiş hadisə ilə bağlı bəyanat yayıblar.

Həmməruzəçilər bəyanatlarında narahatlıqlarını ifadə edib və 2 yaşlı uşaq da daxil olmaqla, dinc sakinlərin həyatını itirməsindən təəssüfləndiklərini bildiriblər

AŞPA-nın saytının verdiyi məlumata görə, bu barədə Ermənistan üzrə həmməruzəçilər Alan Meale və Cuzeppe Galati  və Azərbaycan üzrə həmməruzəçilər Stefan Şennak və Sezar Florin Predanın birgə bəyanatında deyilir.

Onlar tərəfləri atəşkəs rejiminə əməl etməyə və ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar masasına qayıtmağa çağırıblar.

Həmməruzəçilər münaqişənin hərbi yolla həllinin olmadığını qeyd ediblər. Onlar münaqişənin bütün qurbanlarının ailələrinə başsağlığı veriblər.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun