Siyasət

Cəbhəçi gənc saxlanılıb

1 dəqiqə
Cəbhəçi gənc saxlanılıb

AXCP Gənclər Komitəsinin Sumqayıt şöbəsinin sədri Ruslan Qara polislər tərəfindən saxlanılıb.

AXCP GK-dən Abzas.net-ə verilən məlumata görə, polis əməkdaşları Ruslan Qaranı Sumqayıtda "Mersedes" markalı maşına zorla mindirərək naməlum istiqamətə aparıblar.

Ruslan Qara bu gün keçiriləcək “Samtredia”- “Qarabağ” oyununda erməni əsgərləri tərəfindən öldürülən iki yaşlı Zəhranın şəkillərin qaldırmağı təklif etmişdi.

Ruslan Qaranın harada saxlanıldığı bilinmir. Onun Sumqayıt Şəhər Baş Polis İdarəsində olduğu güman edilir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun