"Füzuli rayonu Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki vətəndaşların ölməsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aktivliyin nə qədər əhəmiyyətli olduğunu göstərir. Növbəti qurbanların qarşısını almaq lazımdır".
Bunu ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Minskdə ATƏT PA-nın sessiyasında deyib.
O, Alxanlı kəndinin atəşə tutulması nəticəsində həyatını itirənlərin qohumlarına başsağlığı verib.
K.Vigenin ATƏT PA-nın parlamentarilərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə biləcəyini qeyd edib.
ATƏT PA-nın xüsusi nümayəndəsi xatırladıb ki, bu yaxınlarda bu münaqişənin həlli ilə bağlı Vyanada bir sıra, o cümlədən də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər keçirib və vasitəçilərlə danışıqlar prosesinin gedişatı barədə məlumat mübadiləsi üzrə razılıq əldə olunub.
