Siyasət

"Münaqişə tərəflərini vəziyyəti stabilləşdirməyə çağırırıq" - Rusiya XİN

1 dəqiqə
"Münaqişə tərəflərini vəziyyəti stabilləşdirməyə çağırırıq" - Rusiya XİN

"Münaqişə tərəflərini vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırırıq".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alxanlı kəndini artilleriya atəşinə tutması nəticəsində biri azyaşlı olmaqla iki nərin həlak olmasına, bir nəfərin isə yaralanmasına münasibət bildirərkən deyib.

"ATƏT-in Minsk qrupu həmsədrlərinin güc tətbiqinin dayandırılması və danışıqların bərpa olunması ilə bağlı bəyanatını dəstəkləyirik", - deyə M. Zaxarova qeyd edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun