Siyasət

"Rus dili Ermənistanın dövlət dili olsun" - Rusiya Duma-sının spikeri Vyaçeslav Volodin

1 dəqiqə
"Rus dili Ermənistanın dövlət dili olsun" - Rusiya Duma-sının spikeri Vyaçeslav Volodin

Rusiya Dövlət Duma-sının spikeri Vyaçeslav Volodin rus dilinin Ermənistanın dövlət dili olmasını təklif edib.

Abzas.net xəbər verir ki, Rusiya Dövlət Duma-sının spikeri Vyaçeslav Volodin Ermənistan hökumətinə müraciət edərək rus dilinə dövlət dili statusunu verməyi təklif edib.

Yalnız bundan sonra Ermənistanın sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınması mümkün olacaq.

İyunun 21-dən Rusiyada xarici ölkələrin sürücülük vəsiqələri ilə işləməyi qadağan edən qanun qüvvəyə minib. İstisna yalnız dövlət dili rus dili olan ölkələrin (Qazaxıstan, Qırğızıstan, Belarus, Tacikistan, Moldova) vətəndaşları üçündür.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun