Siyasət

Kılıçdaroğlunun vəkili həbs edilib: "FETÖ"-ya dəstək olmaqda ittiham olunur

1 dəqiqə
Kılıçdaroğlunun vəkili həbs edilib: "FETÖ"-ya dəstək olmaqda ittiham olunur

"CHP" lideri Kemal Kılıçdaroğlunun vəkili Celal Çelik həbs edilib.

Abzas.net xəbər verir ki, muxalifət liderinin vəkili "FETÖ"-ya dəstək olmaqda ittiham olunur.

Məlumat üçün bildirək ki, Celal Çelik vaxtilə hakim olub və məhz Fetullahçıların ədliyyə sistemində çoxalmasına etiraz olaraq 2011-ci ildə vəzifəsindən istefa verib.

"CHP" başqanı Kemal Kılıçdaroğlu vəkilinin həbs edilməsinə münasibət bildirib:

"Həyatım boyu hər zaman demokratiyanı, insan haqqlarını müdafiə etdim. Həyatım boyu əlimdə dəlil, sübüt olmadan heç kəsi ittiham etmədim. Lkin bugün baş verənlər demokratiyaya ləkə gətirən, üz qarası şeylərdi. "FETÖ" ilə mübarizə adı altında həyata keçirilənlər əslində "FETÖ"-ya dəstək mübarizəsidir. Bir vəkil, düzgün bir vəkil, Məhkəmələrdə "FETÖ"-nun söz sahibi olduğu dönəmdə istefa etməyə məcbur qalmış bir vəkil. "FETÖ"-nun orada söz sahibi olmasına üsyan edib istefa verən bir vəkil. Beyinləri tutulub, nə deyim başqa."

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun